AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirilib

Qafar Ağayev09:03 - 13 / 06 / 2025
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirilib

Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında qida sektoru üzrə Məşvərət Şurası yaradılıb.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, şuranın təsis olunması ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin tələbləri barədə dolğun məlumatlandırılması və onların bu sahədə həyata keçirilən islahatlara daha fəal cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məşvərət Şurasının ilk iclasında Şuranın qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsi prosesində, bu sahədə qəbul edilən qərarların hazırlanması zamanı özəl sektor nümayəndələri ilə məsləhətləşmələrin aparılmasında, sahibkarların təklif və rəylərinin öyrənilməsində fəal iştirak edəcəyi vurğulanıb. Şura özəl sektor nümayəndələri, müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislər arasında platforma rolunu oynayaraq qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

İclas çərçivəsində AQTA tərəfindən həyata keçirilmiş islahatlar və əldə olunmuş nəticələrə dair təqdimat nümayiş etdirilib.

Paylaş:
72

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər