Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

13:51 - 14 / 06 / 2025
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, iyunun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Gəncə, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Salyan, Neftçala, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Zəngilan, Qubadlı, Şuşa, Xocavənd, Xankəndi, Ağdam, Ağdərə, Füzuli, İmişli, Beyləqan, Laçın, Cəbrayıl, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağcabədi, Saatlı, Sabirabad, Şirvan, Quba, Qusar, Şabran, Xaçmaz, Xızı, Siyəzəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Mingəçevir, Daşkəsən, Naftalan, Goranboy, Qobustan, Hacıqabul, Kəlbəcərdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Paylaş:
101

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər