Şəhid övladları üçün 4-cü “YAŞAT”düşərgəsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid övladları üçün 4-cü “YAŞAT”düşərgəsi başlayıb

Qafar Ağayev15:22 - Bu gün
Şəhid övladları üçün 4-cü “YAŞAT”düşərgəsi başlayıb

16 iyun 2025-ci il tarixində “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.

1news.az xəbər verir ki, ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Avqust ayının sonunadak reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.

Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıb.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər