AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb

17:25 - Bu gün
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və “Özbəkistan Hava Yolları" (“Uzbekistan Airways”) şirkəti arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.

1news.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, müqavilə tərəflərə birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.

Yeni əməkdaşlıq sərnişinlərə Bakı və Daşkənd arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkətin həyata keçirdiyi həftədə 9 uçuş arasında ən uyğun variantı seçə bilərlər.

Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.

Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün "Azərbaycan Hava Yolları"nın Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər