Vəfa Yaqublu: Azərbaycanda informatika fənninin tədrisinə xüsusi önəm verilir

“Azərbaycan azsaylı ölkələrdəndir ki, burada İnformatika fənni ayrıca tədris olunur”.
1news.az xəbər verir ki, bu fikri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, artıq bir neçə ildir İnformatika fənninin tədrisinə xüsusi önəm verilir:
“Hazırda 516 min şagird İnformatika fənnini yeni məzmunda — kodlaşdırma və proqramlaşdırmanın əsaslarını öyrənməklə keçirlər. Gələcəkdə bu rəqəmi maksimum həddə çatdırmaq üzərində iş aparılır”.
59