Papaqlar, “aerodrom” şapkası və təsbeh: UFC ulduzları Bakının milli geyimlərində – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Papaqlar, “aerodrom” şapkası və təsbeh: UFC ulduzları Bakının milli geyimlərində – FOTO – VİDEO

14:29 - Bu gün
Papaqlar, “aerodrom” şapkası və təsbeh: UFC ulduzları Bakının milli geyimlərində – FOTO – VİDEO

Bu gün “Crystall Hall”da Azərbaycanda ilk dəfə UFC (Ultimate Fighting Championship – Absolyut Döyüş Çempionatı) turniri keçiriləcək.

Bu, dünyanın ən iri və nüfuzlu döyüş liqası tərəfindən təşkil olunan qarışıq döyüş sənətləri (MMA) üzrə idman tədbiridir.

1news.az xəbər verir ki, Bakıda baş tutan UFC Fight Night: Hill vs Rountree Jr. turniri fonunda bəzi döyüşçülər öz imiclərinin bir hissəsi kimi Azərbaycan milli baş geyimlərini seçiblər. Əgər Rafael Fiziev üçün papaq artıq çoxdan onun tanınan simvoluna çevrilibsə, digər iştirakçılar da görünür, döyüşə ev sahibliyi edən ölkənin ənənələrinə ehtiram göstərmək qərarına gəliblər.

Amma ən gözlənilməz jestlə nigeriyalı ağır çəkili döyüşçü Məhəmməd Usman çıxış edib – çəkidə ölçülmədə o, tipik “bakılı” obrazında görünüb: başında aerodrom şapkası, əlində isə təsbeh vardı.

Qeyd edək ki, parlaq idman şousu fonunda bu cür detallar xüsusi əhəmiyyət qazanır – UFC döyüşçüləri Bakıda təkcə döyüşmür, həm də yerli kontekstə daxil olur, şəhərin atmosferini duyur və Azərbaycan mədəniyyətini kəşf edirlər.

Gecənin əsas döyüşündə Camal Hillə rəqib olacaq Xalil Rauntree kiçik hələ Bakıya gələn kimi papaq alıb və görünür, bu obrazdan o qədər ilhamlanıb ki, ondan bir an belə ayrılmır.

Döyüşçü şəhərdə papaqla gəzib, sonra isə onu həm çəkidə ölçülmə mərasimində, həm də “Crystal Hall”da keçirilən “baxışma” mərasimində taxıb.

Amma ən gözlənilməz jestlə nigeriyalı ağır çəkili döyüşçü Məhəmməd Usman çıxış edib – çəkidə ölçülmədə o, tipik “bakılı” obrazında görünüb: başında aerodrom şapkası, əlində isə təsbeh vardı.

Qeyd edək ki, parlaq idman şousu fonunda bu cür detallar xüsusi əhəmiyyət qazanır – UFC döyüşçüləri Bakıda təkcə döyüşmür, həm də yerli kontekstə daxil olur, şəhərin atmosferini duyur və Azərbaycan mədəniyyətini kəşf edirlər.

Feliks Vişnevetki

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər