COP29 Sədrliyi London İqlim Fəaliyyəti Həftəsində iştirak edir

COP29 Sədrliyi London İqlim Fəaliyyəti Həftəsində iştirak edir.
1news.az COP29-un “X” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti artıq Londondadır.
Sədrliyin gündəliyində iqlim dəyişikliyi ilə mübarizə üzrə davam edən səylər çərçivəsində hökumətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyət yer alır.
COP29 Sədrliyi Azərbaycanın sammit ərəfəsində əsas təşəbbüslərindən biri olan "Bakı-Belen yol xəritəsi"nin həyata keçirilməsi çərçivəsində dövlət və qeyri-dövlət subyektləri ilə dialoqu davam etdirəcəyini təsdiqləyib. Bu strategiyaya əsasən, tərəflər 2030-cu ilə qədər qlobal iqlim maliyyəsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmağa çalışırlar.
Xatırladaq ki, London İqlim Fəaliyyəti Həftəsi 23-27 iyun tarixlərində Böyük Britaniyanın paytaxtında keçirilir.