Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev16:18 - 23 / 06 / 2025
Həbsxanaya sümüyün içində heroin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Penitensiar Xidmətindən məlumat verilib.

Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
278

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər