Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb

Qafar Ağayev17:58 - Bu gün
Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər