Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib

15:16 - Bu gün
Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib

İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumata görə, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.

Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.

Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər