Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb

Qafar Ağayev14:11 - Bu gün
Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb.

1news.az xəbər verir ki, proses ölkənin beş regionunda həyata keçirilib.

Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4 min müəllimi əhatə edib.

Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə gerçəkləşib:

“Musiqi-incəsənət məktəblərində fəaliyyət göstərən təqribən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.

O, digər müəllimlərin də attestasiyaya cəlb olunmasının 2026-cı ilin sonuna qədər yekunlaşdırılacağını vurğulayıb.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər