Beyləqanda yeniyetmə kanalda batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda yeniyetmə kanalda batıb

16:59 - Bu gün
Beyləqanda yeniyetmə kanalda batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər