Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

Qafar Ağayev09:58 - Bu gün
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb

İyulun 2-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər