Oğuzda ağac kəsiminə görə polis cinayət işi başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda ağac kəsiminə görə polis cinayət işi başladı

Qafar Ağayev16:06 - Bu gün
Oğuzda ağac kəsiminə görə polis cinayət işi başladı

Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.
Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər