Buzovnadakı çimərlik ərazidə özbaşına tikinti işləri aparan şəxs barəsində tədbir görülüb

Polis əməkdaşları digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər həyata keçirirlər.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkarlanıb.
Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.
Həmin istiqamətdə tədbirlər davam etdirilir.
82