Bu ilin ilk beş ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk beş ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

15:04 - 11 / 07 / 2025
Bu ilin ilk beş ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 1 264-ü əkiz, 57-si isə üçəm olub.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər