Məleykə Abbaszadə: İmtahanlara özümün belə müdaxiləm mümkün deyil

DİM-in apardığı işlər çox ciddi şəkildə həyata keçirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
"Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq.O bildirib ki, hər bir testin səviyyəsini öncədən bilirlər".
DİM sədri qeyd edib ki, proseslərə onun özünün belə müdaxilə etməsi mümkün deyil.
60