Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

Qafar Ağayev10:42 - Bu gün
Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər