ABŞ-də qanunsuz miqratlarla mübarizə güclənir

ABŞ Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) direktor vəzifəsini icra edən Todd Lyons, ölkədə cinayət qeydiyyatı olmasa belə, qanunsuz yaşayan şəxslərin hədəf alınacağını bildirib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Lyons bu barədə CBS News telekanalının “Face the Nation” proqramına verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, ICE əsas resurslarını qanunsuz miqrantlar və cinayət keçmişi olan şəxslərə yönəldəcək. Bununla belə, cinayət qeydiyyatı olmayan, lakin ABŞ-da icazəsiz yaşayan şəxslər də saxlanılacaq.
Lyons əlavə edib ki, qeyri-qanuni işçi çalışdıran müəssisələrdə yoxlamalar davam etdiriləcək. ICE yalnız qanunsuz işçiləri deyil, eyni zamanda onları işə götürən işəgötürənləri də məsuliyyətə cəlb edəcək.
CBS-in əldə etdiyi rəsmi statistikaya əsasən, Donald Trampın prezidentliyi dövründə ICE təxminən 150 min şəxsi deportasiya edib. Onlardan 70 mininin yol hərəkəti və miqrasiya qaydalarını pozduğuna görə cinayət qeydiyyatı olub.