Bu il daha 89 uşaq müəssisələrdən ailələrinə qaytarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il daha 89 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Qafar Ağayev17:39 - 24 / 07 / 2025
Bu il daha 89 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması əsas fəaliyyət istiqamətlərindən biridir. Agentliyin əməkdaşları tərəfindən bu məqsədlə həmin uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Bu ilin ötən dövründə də 125 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanılması təmin olunub.

Paylaş:
144

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər