Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

10:05 - 24 / 07 / 2025
Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

Sabiq deputat Xanhüseyn Kazımlı bu gün vəfat edib.

1news.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Əsli Kazımova məlumat verib.

Əsli Kazımova qeyd edib ki, atası bu gün Qurdqapısı qəbiristanlığında dəfn ediləcək.

Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər