NASA-dan açıqlama: Nəhəng asteroid 28 iyulda Yerə yaxınlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

NASA-dan açıqlama: Nəhəng asteroid 28 iyulda Yerə yaxınlaşacaq

Qafar Ağayev09:33 - 25 / 07 / 2025
NASA-dan açıqlama: Nəhəng asteroid 28 iyulda Yerə yaxınlaşacaq

ABŞ-nin Aeronavtika və Kosmos İdarəsi (NASA), “2013 NK4” adlı nəhəng asteroidin 28 iyul 2025-ci il tarixində Yerə yaxın məsafədən keçəcəyini açıqlayıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, 250 metr-ə yaxın diametrində olan bu göy cismi Yer planetindən təxminən 6,6 milyon kilometr uzaqlıqdan keçəcək.

NASA-nın məlumatına görə, bu məsafə təhlükəsiz hesab olunsa da, asteroidin ölçüsü və trayektoriyası onu “potensial təhlükəli asteroid” (PHA) kateqoriyasına daxil edir. Mütəxəssislər bildirirlər ki, hazırda Yerə toqquşma riski yoxdur, lakin asteroid inkişaf etmiş müşahidə sistemləri ilə daimi nəzarətdə saxlanılır.

Alimlərin fikrincə, bu ölçüdə bir asteroidin Yerə çırpılması şəhər miqyasında dağıntılar, regional enerji partlayışları və hətta iqlimə təsir edə biləcək nəticələrə səbəb ola bilər. Bu səbəbdən, “2013 NK4”ün bu dəfəki keçidi təhlükə yaratmasa da, gələcəkdəki hərəkət trayektoriyasının diqqətlə izlənməsi mühüm əhəmiyyət daşıyır.

NASA rəsmiləri asteroidin bu yaxınlaşmasında Yer üçün hər hansı təhlükə yaratmadığını təsdiqləyib, lakin gələcək yaxınlaşmaların da eyni dərəcədə diqqətlə izlənməsinin vacibliyini vurğulayıblar.

Paylaş:
98

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər