Şuşada yanğın zamanı mina partlayışları baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada yanğın zamanı mina partlayışları baş verib

15:50 - 26 / 07 / 2025
Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.

Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

Paylaş:
105

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

26 / 07 / 2025, 13:22
Bütün xəbərlər