İsti hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İsti hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA

16:59 - 29 / 07 / 2025
İsti hava nə zamana qədər davam edəcək? - AÇIQLAMA

Həftə sonunadək Azərbaycanda isti hava şəraitinin davam edəcək.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər