Sumqayıtda emalatxanada yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda emalatxanada yanğın baş verib

09:15 - Bu gün
Sumqayıtda emalatxanada yanğın baş verib

Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb.

1news.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər