Azərbaycanlı hakim UEFA Superkuboku uğrunda oyuna təyinat alıb

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
AFFA-dan 1news.az-a verilən məlumata görə, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joau Pedro Silva Pineyro idarə edəcək.
Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.
95