Vəfadar Misirov: Peşə seçimi etmək istəyən abituriyentlər üçün ödənişsiz psixoloji test imkanı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəfadar Misirov: Peşə seçimi etmək istəyən abituriyentlər üçün ödənişsiz psixoloji test imkanı yaradılıb

Qafar Ağayev10:45 - 30 / 07 / 2025
Vəfadar Misirov: Peşə seçimi etmək istəyən abituriyentlər üçün ödənişsiz psixoloji test imkanı yaradılıb

“Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisində peşə seçimi üzrə psixoloji testlərdən ödənişsiz istifadə imkanı yaradılıb”

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov deyib.

O bildirib ki, builki sərgidə əvvəlki illərdən fərqli olaraq, binanın beşinci mərtəbəsi xüsusi olaraq psixoloji testlərin keçirilməsi üçün ayrılıb.

“Abituriyentlər bu testlərdən tam ödənişsiz istifadə edə biləcəklər.
Test nəticələri əsasında abituriyentlərə ixtisas seçimi ilə bağlı daha real qərarlar vermək imkanı yaradılacaq. Onlar bu testlər vasitəsilə gələcəkdə hansı sahədə daha uğurlu və faydalı ola biləcəklərini müəyyən edə biləcəklər”.

Vəfadar Misirov qeyd edib ki, bu yenilik sərginin əsas üstünlüklərindən biridir.

” Digər tərəfdən, sərgidə universitetlər və müvafiq qurumlar da iştirak edir. Artıq 3.000-ə yaxın ziyarətçi qeydiyyatdan keçib və sərgi çərçivəsində qeydiyyat prosesləri üç gün ərzində davam edəcək”.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər