İmtahan qaydalarını pozanlarla bağlı tədbirlər görülür – DİM rəsmisi | 1news.az | Xəbərlər
Cəmiyyət

İmtahan qaydalarını pozanlarla bağlı tədbirlər görülür – DİM rəsmisi

Qafar Ağayev10:50 - 30 / 07 / 2025
İmtahan qaydalarını pozanlarla bağlı tədbirlər görülür – DİM rəsmisi

Sosial şəbəkələrdə imtahan qaydalarını pozan şəxslərin ifşasına dair yayılan məlumatlara münasibət bildirilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, DİM hər zaman imtahanların şəffaf keçirilməsi üçün zəruri tədbirlər həyata keçirir:
“İmtahanlar başa çatdıqdan sonra nəticələr rəsmi press-relizlə açıqlanır. Qaydaları pozan şəxslərlə bağlı vaxt və yerindən asılı olmayaraq tədbirlər görülür. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bir neçə abituriyent istintaqa cəlb edilib. Proses başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər