MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilir.
Bu barədə 1news.az-a İnsans Resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək: "Bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz".