Şəkidə dağlıq ərazidə yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə dağlıq ərazidə yanğın olub - VİDEO

Qafar Ağayev11:48 - 01 / 08 / 2025
Şəkidə dağlıq ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Göynük, Palimet və Qax rayonu, Qaradolaq kəndləri istiqamətlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər