Yardımlının bəzi kəndlərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlının bəzi kəndlərində qaz olmayacaq

Qafar Ağayev17:57 - Bu gün
Yardımlının bəzi kəndlərində qaz olmayacaq

Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayon ərazisində yerləşən “Yardımlı Əngəvül əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının dövri yoxlamadan keçirilmiş digər qaz sayğacı ilə əvəz olunmasıdır.

Bu məqsədlə avqustun 7-də saat 14:00-dan 16:00-dək “Əngəvül” qaz paylayıcı stansiyasından qidalanan Əngəvül, Binə, Büzünbül, Vərgədüz, Züvüc və Zövnə kəndləri də daxil olmaqla, ümumilikdə 680 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər