Lerikdə ikimərtəbəli ev yanıb

Lerik rayonunun Ambu kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, rayonun Ambu kəndində ümumi sahəsi 80 m² olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə və evə bitişik yığılan 3 ton ot bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
79