Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - FOTO

10:20 - Bu gün
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - FOTO

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

1news.az-ın xəbərinə görə, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər