Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.
1news.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusununun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.
49