ABŞ-da evə düşən göy daşının Yer kürəsindən daha qədim olduğu müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da evə düşən göy daşının Yer kürəsindən daha qədim olduğu müəyyən edilib

Qafar Ağayev14:35 - Bu gün
ABŞ-da evə düşən göy daşının Yer kürəsindən daha qədim olduğu müəyyən edilib

ABŞ-ın Corciya ştatında iyun ayında bir evin damına düşən göy daşının Yer kürəsindən daha qədim olduğu müəyyən edilib.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Corciya Dövlət Universitetinin apardığı araşdırmaya görə, 26 iyun tarixində evin damını deşərək düşən göy daşı təxminən 4,56 milyard il əvvəl formalaşıb.

Bu isə onun Yer kürəsindən təxminən 20 milyon il daha qədim olduğunu göstərir.

Universitetin tədqiqatçısı Skott Harris bildirib ki, “Atmosferə daxil olan bu göy daşı, evə düşməzdən əvvəl uzun bir tarixə sahib idi”.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Evin sahibləri isə hələ də ətraf ərazidə göy daşına aid qalıqlar tapdıqlarını deyiblər.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər