Masallıda narkotikin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda narkotikin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Qafar Ağayev10:40 - Bu gün
Masallıda narkotikin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər