Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Qafar Ağayev17:40 - Bu gün
Bakının bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş edir.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər