Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik olunub

Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət təşkil olunub.
1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın mobillik imkanları və əlçatanlığı artıb.
Görülən işlər çərçivəsində müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil olunub, işıqfor bölmələrində dəyişiklik edilib.
Hərəkət iştirakçılarından ərazidəki nişanların tələblərini rəhbər tutaraq hərəkət etmələri xahiş olunur.

45