Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib

Qafar Ağayev17:00 - Bu gün
Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər