Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Qafar Ağayev09:01 - Bu gün
Polis Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.

Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər