Daha 3 yolayrıcında yeni svetoforlar istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 3 yolayrıcında yeni svetoforlar istifadəyə verildi

Qafar Ağayev11:18 - Bu gün
Daha 3 yolayrıcında yeni svetoforlar istifadəyə verildi

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və Etibar Bəkirov küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforu istifadəyə verilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1news.az-a verilən məlumata görə, nəticədə qeyd edilən ərazidə qəza riskləri azalıb, eyni zamanda piyadaların daha təhlükəsiz hərəkəti təmin edilib.

Bundan əlavə, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində, həmçinin Şüvəlan qəsəbəsi, Almas İldırım və Nizami Gəncəvi küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər