Bakıda əməliyyatla saxlanılan şəxsdən 10 kiloqram narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əməliyyatla saxlanılan şəxsdən 10 kiloqram narkotik götürülüb

Qafar Ağayev13:06 - Bu gün
Bakıda əməliyyatla saxlanılan şəxsdən 10 kiloqram narkotik götürülüb

Bakının Səbail rayonunda saxlanılan şəxsdən tərkibi zərərli qatqılarla zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı saxlanılan 42 yaşlı A.Həsənov ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər