AQTA: İxrac olunan bir sıra heyvan mənşəli qida məhsulları sertifikatlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA: İxrac olunan bir sıra heyvan mənşəli qida məhsulları sertifikatlaşdırılıb

Qafar Ağayev17:52 - Bu gün
AQTA: İxrac olunan bir sıra heyvan mənşəli qida məhsulları sertifikatlaşdırılıb

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

AQTA-dan 1news.az-a verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər