MİQ üzrə apellyasiya müsahibələri barədə məlumat şəxsi səhifələrə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

MİQ üzrə apellyasiya müsahibələri barədə məlumat şəxsi səhifələrə göndərilib

Qafar Ağayev15:51 - Bu gün
MİQ üzrə apellyasiya müsahibələri barədə məlumat şəxsi səhifələrə göndərilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

1news.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resurları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər