Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb

Qafar Ağayev09:43 - Bu gün
Bakı-Quba yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, iki nəfər xəsarət alıb

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər