Şəmkirdə qayınata kürəkənini qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qayınata kürəkənini qətlə yetirib

Qafar Ağayev11:25 - Bu gün
Şəmkirdə qayınata kürəkənini qətlə yetirib

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Şəmkir rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər