Mədəniyyət Nazirliyi: Qəbul imtahanlarının nəticələri elan olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət Nazirliyi: Qəbul imtahanlarının nəticələri elan olunub

Qafar Ağayev12:06 - Bu gün
Mədəniyyət Nazirliyi: Qəbul imtahanlarının nəticələri elan olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər