Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib

Qafar Ağayev17:43 - Bu gün
Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib

Səhiyyə Nazirliyində "İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili" ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin təmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasir avadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumi yanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanması istiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, nazirlik bu mühüm layihənin həyata keçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək və müvafiq qurumlarla sıx əməkdaşlıq edəcəkdir.

İşçi qrupunun, qarşıda duran məsuliyyətli vəzifələri yerinə yetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq, ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa və yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyə infrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyi vurğulandı.

İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər