Gəncədə qapı arxasında qalan uşaqlar xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qapı arxasında qalan uşaqlar xilas edilib

09:08 - Bu gün
Gəncədə qapı arxasında qalan uşaqlar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər