Nazir: “Valideynlər məktəb direktorunun fəaliyyətini qiymətləndirə biləcəklər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Valideynlər məktəb direktorunun fəaliyyətini qiymətləndirə biləcəklər”

Ayşən Salehli11:35 - Bu gün
Nazir: “Valideynlər məktəb direktorunun fəaliyyətini qiymətləndirə biləcəklər”

“Bu ildən etibarən məktəblərdə kağız jurnallar tətbiq olunmayacaq”.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media üçün brifinqdə deyib.

Nazirin sözlərinə görə, yenilik valideynlərə övladlarının qiymətlərini, dərsə davamiyyətini izləmək və müəllimlərlə elektron sistem üzərindən ünsiyyət saxlamaq imkanı yaradacaq.

“Valideynlər həmçinin məktəb direktorunun fəaliyyətini də tədris ilinin sonunda qiymətləndirə biləcəklər. Sistemdən ‘SİMA’ vasitəsilə istifadə ediləcəyi üçün manipulyasiyalara yol verilməsi mümkün olmayacaq”, – nazir qeyd edib.

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər